TƏBİB Sabunçu Tibb Mərkəzində pasiyentin öz hesabına gips alması iddialarına aydınlıq gətirdi
Sabunçu Tibb Mərkəzində pasiyentə gips və binti öz hesabına aldırıldığı iddiaları ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) açıqlama verib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, 2026-cı il iyulun 30-da vətəndaş Fərid Fuad oğlu Bayramov Sabunçu Tibb Mərkəzinin Təcili Tibbi Yardım şöbəsinə müraciət edib və ona zəruri tibbi xidmət göstərilib.
Qeyd olunub ki, həmin tarixdə şöbəyə daxil olan çox sayda müraciət səbəbindən bəzi tibbi ləvazimatların ehtiyatında müvəqqəti məhdudiyyət yaranıb.
"Pasiyentin sağlamlıq vəziyyəti nəzərə alınaraq, ona göstəriləcək zəruri tibbi xidmətin operativ şəkildə həyata keçirilməsi vacib olduğu üçün tibbi ləvazimatların bir hissəsi digər şöbədən təmin olunub. Bu zaman zərfində tibbi xidmətin təmin olunmasında fasilə yaransa da, vətəndaşa tələb olunan tibbi xidmət tam şəkildə icra olunub.
Qeyd edək ki, tibbi sərfiyyatın təmin olunmasının vətəndaş tərəfindən qarşılanması həqiqəti əks etdirmir.
Sabunçu Tibb Mərkəzi tərəfindən vətəndaşlara keyfiyyətli və fasiləsiz tibbi xidmətin göstərilməsi daim diqqət mərkəzində saxlanılıb, oxşar halların qarşısının alınması məqsədilə nəzarət tədbirləri daha da gücləndirilib", - deyə açıqlamada bildirilib.
Oxşar xəbərlər
Qazini cərəyan vurub öldürdü
Ağcabədidə ustanı cərəyan vurub öldürüb. BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, Ağsu rayon Çaparlı kənd sakini, Vətən müharibəsi iştirakçısı Asif Elxan...