Polis Mehdiabad-Pirşağı yolunda itə işgəncə verən şəxsi müəyyənləşdirdi - YENİLƏNİB/VİDEO

Mehdiabad-Pirşağı avtomobil yolunda itə işkəncə verən şəxs polis tərəfindən müəyyən olunub.
BAKU.WS-in əldə etdiyi məlumata görə, məsələ ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb. Videoda itlə rəhmsiz rəftara yol verən sürücü müəyyən olunub.
Onun barəsində Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində qanunauyğun tədbir görülüb.
***11:44
Mehdiabad-Pirşağı avtomobil yolunda itin maşının arxasına bağlanaraq sürüdüldüyü iddia edilir.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Şikayətçi bildirib ki, hadisə bu gün səhər saat 11 radələrində, yolun "Sovxoz" adlanan hissəsində qeydə alınıb:
"İti maşının arxasina bağlayıb, avtomobili yüksək sürətlə idarə edirdilər. Yoldan keçənlər etirazını bildirdi. İtin ayaqları bərbad günə düşmüşdü".
Hadisə yerindən görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - YENİLƏNİB
İyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. Azərbaycan Resp...
