Tbilisidə 4 azərbaycanlının ölümünə səbəb olan qadın saxlanılıb - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanın paytaxtı Tbilisidə 4 azərbaycanlının ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.
BAKU.WS Baku.tv-yə istinadla xəbər verir ki, hadisə Kvemo Poniçala qəsəbəsində qeydə alınıb.
Yüksək sürətlə hərəkət edən avtomobil əvvəlcə işıq dirəklərinə çırpılıb, daha sonra yol kənarındakı piyadaları əzib.
Qəza nəticəsində 4 nəfər dünyasını dəyişib, 3 nəfər isə ağır yaralanıb. Onların azərbaycanlı olduqları bildirilir. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Qəzanı törədən qadın sürücü hadisə yerindən qaçsa da, qısa zaman ərzində polis tərəfindən saxlanılıb. Bu barədə Gürcüstan Daxil İşlər Nazirliyi məlumat yayıb. Onu 6 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Məlumata görə, 4 nəfərin həyatı bahasına başa gələn avtoqəzaya səbəb yüksək sürət olub.
Oxşar xəbərlər
Gürcüstanda baş verən yol qəzasında azərbaycanlı ailənin 4 üzvü öldü
Gürcüstanın paytaxtı Tbilisinin yaxınlığında Kvemo Poniçala (Aşağı Soğanlıq) qəsəbəsində ötən gün axşam saatlarında ağır yol qəzası baş verib. BAKU.WS “report”a...