Gürcüstanda baş verən yol qəzasında azərbaycanlı ailənin 4 üzvü öldü
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanın paytaxtı Tbilisinin yaxınlığında Kvemo Poniçala (Aşağı Soğanlıq) qəsəbəsində ötən gün axşam saatlarında ağır yol qəzası baş verib.
BAKU.WS “report”a istinadən xəbər verir ki, yüksək sürətlə hərəkət edən avtomobil öncə işıq dirəyinə çırpılıb, daha sonra isə piyadaları vurub.
Hadisə nəticəsində 25 yaşlı qadın və onun 4 yaşlı uşağı hadisə yerində dünyasını dəyişib. Xəsarət alan 4 nəfər xəstəxanaya çatdırılıb, ikisinin həyatını xilas etmək mümkün olmayıb. Onlardan biri 7 yaşlı uşaq olub.
Ölən və xəsarət alanlar Məmmədovlar ailəsinin üzvləridir. Onlar toydan qayıdarkən qəzaya düşüblər.
Qəzanı törədən sürücünün hadisə yerindən qaçdığı bildirilir.
Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı istintaq aparır.
Oxşar xəbərlər
Vilayət Eyvazov müstəntiqi CƏZALANDIRDI - Bacı-qardaşın ölüm səbəbini ört-basdır edirmiş
Ötən ilin iyul ayında avtomobil qəzası nəticəsində iki övladını itirən Sabirabad rayonu Nərimankənd kəndinin sakini Usubova Məlahət Yəhya qızı və həyat yoldaşı...