Taxtakörpüdə qanunsuz ov edən şəxslər saxlanılıblar
Yeniliklərdən dərhal xəbərdar olun
Laçın rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Taxtakörpü ərazisində qanunsuz ov edən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Laçın RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə qanunsuz ov edən Laçın rayon sakini Kamil Süleymanov, Sabirabad rayon sakinləri Elçin Yusifov və Vasif Cavadov saxlanılıblar.
Həmin şəxslərdən 3 ov tüfəngi, patronlar və ovladıqları çöl quşu aşkar edilib.
Faktla bağlı Laçın RPŞ-də araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycan polisindən böyük əməliyyat - 20 nəfər saxlanılıb - ANBAAN VİDEO
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, sosial şəbəkələ...