"Taxta bazarın"da yanğın olub
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda "Taxta bazarı" adlanan ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.
Qüvvələrin operativ müdaxiləsi sayəsində qısa müddətdə yanğının yayılmasının qarşısı alınıb.
Bakı şəhərinin Nərimanov rayonunda yerləşən "Taxta bazarı" adlanan ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən tam söndürülüb.
Oxşar xəbərlər
Nepalda vətəndaşlara Azərbaycan və Kanadada iş vəd edən dələduzlar saxlanılıb
Nepal polisi pul müqabilində vətəndaşlara xaricdə, o cümlədən Azərbaycan və Kanadada iş vəd edən 2 nəfəri dələduzluq şübhəsi ilə saxlayıb. "Report" Nepal medias...