"Tarqovı"da qızlar arasında saçyoldu: polislər çətinliklə ayırdı
28
mar
2017
12:51
Bakının mərkəzində xanımlar arasında dava-dalaş düşüb.
BAKU.WS lent.az-a istinadən xəbər verir ki, Xəqani küçəsi 24 ünvanın qarşısında ("Tarqovı”) Sumqayıt şəhər sakini, 1993-cü il təvəllüdlü Qasımova Zülfiyyə Tağı qızı ilə 1997-ci ildə anadan olmuş paytaxt sakini Rəşidova Nəzrin Şahin qızı arasında dava düşüb.
Yaxınlıqdakı şəxslər çalışsalar da, bir-birini vurub, saçını yolan qızları ayıra bilməyiblər. Ərazidə xidmət aparan post patrul polisinin müdaxiləsindən sonra onları sakitləşdirmək mümkün olub.
Hər iki qız polis bölməsinə aparılıb və izahatları alınıb.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda kafedə qanlı dava: gənc oğlanı öldürdülər
Paytaxtda qətl törədilib. BAKU.WS lent.az-a istinadən xəbər verir ki, dünən Salyan yolu 40 ünvanında yerləşən "Məkan" kafesində Şamaxı rayon sakini, 1992-ci il...