Tariyel Qurbanov Mədət Quliyevin müşaviri oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Bir müddət öncə fəaliyyətinə xitam verilmiş tanınmış prokuror Tariyel Qurbanova Müdafiə Sənayesi Nazirliyində vəzifə verilib.
Bu barədə “Qafqazinfo”ya onun vəkili Adəm Məmmədov məlumat verib.
Vəkil bildirib ki, Tariyel Qurbanov müdafiə sənayesi naziri Mədət Quliyevin müşaviri təyin olunub.
Qeyd edək ki, Tariyel Qurbanov daha əvvəl Qaradağ və Hacıqabul rayonlarının prokuroru olub. Baş Prokurorluqda idarə rəisinin müavini kimi çalışıb. Son olaraq Abşeron Rayon Prokurorluğunda işləyib.Xatırladaq ki, Tariyel Qurbanovun 2023-cü il yanvarın 16-da öz arzusu ilə prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.
Xəbəri ilk olaraq heftelik.az saytı yayıb.
Oxşar xəbərlər
Şöbədə arvadını öldürən polislə bağlı bilmədiyiniz ŞOK FAKTLAR - VİDEO - FOTO
CİNAYƏT İŞİ Qısa arayış... 2021-ci il sentyabrın 30-da Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində qətl baş verib. Rayon Polis İdarəsinin Post-Patrul Xi...