Tanınmış stilisti öldürən şəxsə ağır cəza verildi
Yeniliklərdən dərhal xəbərdar olun
Tanınmış stilist Orxan Seyidovu qətlə yetirməkdə ittiham olunan şəxsin məhkəməsi başa çatıb.
BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda qətli törətməkdə təqsirli bilinən Pərviz Həsənova hökm oxunub. O, 17 il müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu ilin martında Bakıda baş verib. Mərhumun 1999-cu il təvəllüdlü tanışı Pərviz Həsənov onu çoxsaylı bıçaq xəsarətləri ilə öldürüb.
Orxan Seyidov moda sahəsində fəaliyyət göstərib. Onun bir sıra tanınmış şəxslərin geyim üzrə stilisti olduğu bildirilir.
Oxşar xəbərlər
Arvadını kənddə qonşu kişi ilə tutdu və ... - Azərbaycanda AĞLASIĞMAZ HADİSƏ
Qətl hadisəsi törətməkdə təqsirli bilinən Ağcabədi rayon sakini, 1971-ci il təvəllüdlü Musa Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.BAKU.WS “publik...