Taksi sürücüsü qəza törətdi: 5 nəfər xəsarət aldı

Taksi sürücüsü qəza törətdi: 5 nəfər xəsarət aldı
Hadisə 66

Gəncədə 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

BAKU.WS-in yerli bürosunun verdiyi məlumata görə, hadisəni Göygöl rayonunda taksi fəaliyyəti ilə məşğul olan sürücü törədib.

Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Hazırda xəsarət alan şəxslərin kimliyi dəqiqləşdirilir. İlkin məlumata əsasən, yaralıların vəziyyəti ağır deyil.

Xəsarət alan şəxslərin əksəriyyəti Göygöl rayon sakinləridir: 1988-ci il təvəllüdlü Bağırov Oqtay Əlisahib oğlu, 1988-ci il təvəllüdlü Əsgərov Pərviz Abutalıb oğlu, 1998-ci il təvəllüdlü Mahmudova Leyla Akif qızı, 1988-ci il təvəllüdlü Elxan Şirinov.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər