Tağıyev qəsəbəsində uşaqları dəm qazından zəhərlənən ailənin 6 övladı dövlət himayəsində qalacaq
Hacı Zeynalabdin Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən daha iki uşaq valideynlərin razılığı əsasında dövlət himayəsinə veriləcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib.
Qeyd edilib ki, yeni tədris ili başlayandan sonra həmin uşaqlar Bilgəhdə yerləşən internat evində təhsillərini davam etdirəcəklər.
O da bildirilib ki, ailənin ümumilikdə 7 uşağı var, onlardan 4-ü hazırda Bilgəhdə yerləşən internat evində təhsil alır:
"Yerdə qalan iki uşaq da dövlət himayəsinə veriləcək. Həmin uşaqların gələn həftədən etibarən dövlət himayəsinə verilməsi nəzərdə tutulur və onlar növbəti tədris ilindən etibarən Bilgəhdə təhsillərini davam etdirəcəklər. Ailədə qalan körpə isə südəmər olduğundan valideynlərin yanında qalır".
Qeyd edək ki, aprelin 1-də Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində bir ailənin 6 üzvü dəm qazından zəhərlənib, sonradan, aprelin 3-də 2 yaşlı körpə qız ölüb.
Oxşar xəbərlər
AYNA: "Qırmızı Körpü" gömrük postunda 800 avtomobil gözləyir
Azərbaycan-Gürcüstan sərhədində yerləşən "Qırmızı Körpü" gömrük postunda 800 avtomobil gözləyir. BAKU.WS bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanın...