Şuşada xidmət etmiş hərbçidən REAKSİYA: "O qayalarda artıq qanla yazılmış bir tarix var"

Şuşada xidmət etmiş hərbçidən REAKSİYA: O qayalarda artıq qanla yazılmış bir tarix var
Hadisə 42

Şuşa şəhərinə gələn bəzi turistlərin tarixi əhəmiyyət daşıyan qayaların üzərinə yazılar yazması narazılığa səbəb olub.

BAKU.WS xəbər verir ki, bu barədə öz təəssüratlarını Oxu.Az-la bölüşən, 2-ci Qarabağ müharibəsində Şuşa istiqamətində xidmət etmiş Cavid Həsənov bildirib ki, belə addımların atılması xoşagəlməz haldır.

O qeyd edib ki, Şuşa bizim babalarımızın, dədələrimizin yurdudur:

"Mən 17 il Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmişəm. Təbii ki, bir döyüşçü kimi bu, mənim üçün çox xoşagəlməz haldır. Çünki ora bizim tarixi abidəmizdir, babalarımızın, dədələrimizin yurdudur. Azad edilmiş ərazilərimizdə bu cür qeyri-qanuni yazıların yazılmasını qətiyyən dəstəkləmirəm və bunu düzgün hesab etmirəm.

Orada hər bir şəhidimizin ayaq izi var, qanı tökülüb. Həmin torpaqlar bizə əcdadlarımızdan miras qalıb. Biz oraları gözəlləşdirməli, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən "Böyük Qayıdış"a dəstək verərək daha da abadlaşdırmalıyıq. Qədim qalamızın, qayalarımızın, tariximizin üzərinə hansısa sözlərin yazılması yolverilməzdir. Orada qəhrəman qardaşlarımız zatən öz qanları ilə tarix yazıblar. Həmin tarix dastanlaşaraq kitablarımıza, yaddaşımıza həkk olunub. Dolayısı ilə, divarlara və ya qayalara nə isə yazmağa ehtiyac yoxdur və bu, düzgün addım deyil", - deyə o fikrini yekunlaşdırıb.

Xatırladaq ki, bir neçə gün öncə Şuşa şəhərinə gələn bəzi turistlər tarixi əhəmiyyət daşıyan qayaların üzərinə boya ilə yazılar yazıblar. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşları xüsusi vasitələrlə həmin yazıları siliblər.

Tarixi qayalara yazı yazan şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunub və barələrində hüquqi məsuliyyət tədbirləri görülüb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər