"Survivor"da CİNAYƏT - Acun İlıcalının operatorunu öldürdülər – VİDEO, FOTO

Survivorda CİNAYƏT - Acun İlıcalının operatorunu öldürdülər – VİDEO, FOTO
Video
Hadisə 1487
Dünyada izlənmə rekordu qıran məşhur "Survivor"un komanda üzvünə hücum ediblər. BAKU.WS “Haberler”ə istinadən xəbər verir ki, hadisə Dominikanda baş verib. Acun İlıcalının komandasının üzvü Alper Baycın cinayətkar qrup tərəfindən öldürülüb. Operator ürəyindən bıçaqlanıb. Hadisədən sonra operator dünyasını dəyişib. Bu hadisədən sonra Acun İlıcalı "Survivor"un final yayımını təxirə salıb. O, öldürülən işçisinin ailəsinə başsağlığı verib. Bildirib ki, Dominikan Respublikasında çəkilişləri davam etdirən "Survivor" komandasında çalışan Alper Baycınyol ilə gedərkən naməlum şəxs tərəfindən hücuma məruz qalıb. Onu ürəyindən bıçaqlayıblar. 24 yaşlı gənc yolda vəfat edib. Ölümündən sorna Alper Baycının sosial şəbəkəsində çoxsaylı başsağlıqları yazılıb. Onu yaxınları və iş yoldaşları yad ediblər. Alper Baycın üçün sosial şəbəkə hesabından "Rəbbim məkanını cənnət etsin" qeydi ilə bir foto paylaşılıb. Qeyd edək ki, "Survivor" yarışında bu zamana kimi ilk dəfə belə bir xoşgəlməz olay yaşanıb. Cavid BabayevBAKU.WS

Son xəbərlər