Sürücülük hüququ olmayan şəxs Bakıda uşağı vuraraq öldürüb
Yeniliklərdən dərhal xəbərdar olun
Qaradağ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Korgöz qəsəbəsi ərazisindən keçən Korgöz-Qızıldaş avtomobil yolunda qeydə alınıb.
Sürücülük hüququ olmayan paytaxt sakini, 1993-cü il təvəllüdlü Nizami Rəhimli “VAZ-21099” markalı avtomobillə yolu keçən 2013-cü il təvəllüdlü Sadıxova Könül Samir qızını vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Qəza törətməkdə şübhəli bilinən Nizami Rəhimli polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.
Oxşar xəbərlər
Tanış qadınla yad kişini yatağa salıb videoya çəkdi və... - Bakıda DƏHŞƏTLİ OLAY
Bakıda intim əlaqədə olduğu qadını şantaj etməkdə təqsirli bilinən Masallı rayon sakini, 1984-cü il təvəllüdlü Samir Məmmədov və onun dostu Sadiq Əliyevin cinay...