Sürücülərə bəd xəbər: “Avtomobillərin yarılması ilə bağlı müraciətlər artıb”
29
mar
2019
22:35
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Son zamanlar avtomobillərin yarılması ilə bağlı müraciətlər artıb. Amma hələ də kiminsə saxlanılması ilə bağlı məlumat yoxdur”.BAKU.WS-in məlumatına görə, bu barədə bizimyol.info-ya sığorta mütəxəssisi Ceyhun Əsgərov bildirib.Ekspert deyib ki, bu ilin əvvəlindən başlayaraq, avtomobillərin yarılması ilə bağlı müraciətlər artmağa başladı: “Artıq onlarla avtomobil Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunda soyğunçuluğa məruz qalıb. Görünür bu işi görən eyni dəstədir. Çünki bu əməllər eyni ssenari ilə törədilib”.Ekspert deyib ki, bu kimi faktlar zamanı avtomobilə dəymiş zərəri qarşılamaq üçün kasko sığortaya ehtiyac var: “Yalnız kasko sığortası avtomobil sahiblərini bu kimi hallardan qoruyur. Kasko sığorta təminatının miqyası geniş olduğu üçün sürücülər bütün risklərdən də sığortalana bilər”.BAKU.WS
Oxşar xəbərlər
Yolun vəziyyətinə görə ziyan çəkən sürücülərə ŞAD XƏBƏR – VİDEO
Yol təsərrüfatına eləcə də dövlət əmlakına sürücülər tərəfindən ziyan vurulduqda, ona dəymiş ziyan ödənilir. Bəs vətəndaşlara həmin qurumlar tərəfindən ziyan də...