Sürücü sükanda yuxuladı - KamAZ marşrut avtobusuna çırpıldı

Sürücü sükanda yuxuladı - KamAZ marşrut avtobusuna çırpıldı
Foto
Hadisə 225

Bu gün saat 07:30 radələrində Bakı-Şamaxı yolunun Abşeron rayonundan keçən hissəsində "KamAZ" markalı yük maşını qəza törədib.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, ağırtonnajlı yük maşını idarəetmədən çıxaraq dayanacaqda olan və 114 saylı xətt üzrə hərəkət edən avtobusa çırpılıb.

Nəticədə bir neçə nəfər müxtəlif dərəcəli xəsarət alıb.

114 saylı müntəzəm marşrut xətti üzrə xidmət göstərən "Xaliq Faiqoğlu" şirkətindən bildirilib ki, qəza yük avtomobilinin sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib:

"Sürücü B.Yusibovun idarə etdiyi "Daewoo" markalı avtobus dayanacaqda olarkən yük maşını idarəetmədən çıxaraq qəza törədib. Nəticədə avtobusa xeyli zərər dəyib, həmçinin bir neçə sərnişin xəsarət alıb. Hadisə ilə bağlı aidiyyəti qurumlar məlumatlandırılıb və müvafiq araşdırmalar aparılır".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakıda 22 yaşlı oğlan qəfil vəfat etdi

Bakıda 22 yaşlı oğlan qəfil vəfat etdi

Bakıda 22 yaşlı gənc oğlan vəfat edib. BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Leysan Qədimov sağlamlığında yaranan problemlə bağlı dünyasını dəyişib. Bildir...

61 Hadisə 16:36 24 may 2026

Son xəbərlər