Sürücü sükan arxasında öldü, maşını piyadaların üstünə çıxdı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gecə Bakıda ağır yol qəzası baş verib.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, saat 00:15 radələrində Nizami rayonu, Babək prospekti 23/23 ünvanının qarşısında 1966-cı il təvəllüdlü Qazıbəyov Elçin Aydın oğlunun idarə etdiyi “Honda” markalı avtomobil yola çıxaraq səkidəki insanlara və ağaca çırpılıb.
Nəticədə yol kənarında olan piyadalar: Rzayev Emil Elmar oğlu, Vəliyev Vəli Bəxtiyar oğlu, Abdullayev Rəşad Mübariz oğlu və Şeydayev Abdul Yaqub oğlu xəsarət alıb. Elçin Qazıbəyov isə hadisə yerində ölüb.
İlkin araşdırma zamanı E.Qazıbəyovun sükan arxasında ürəktutmadan ölməsi və bu səbəbdən avtomobilin qəzaya uğraması məlum olub.
Qeyd edək ki, Elçin Qazıbəyov Naxçıvan şəhər Polis İdarəsinin rəisi polis polkovniki Eldar Qazıbəyovun qohumudur. O, özü də əvvəllər hüquq-mühafizə orqanlarında çalışıb.
Fakla bağlı Nizami RPİ-də araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Adam oğrularının şok əməlləri: "Telefonu açıq qoydum ki, arvadım eşitsin..." - TƏFƏRRÜAT
Azərbaycanda adam oğurluğunda ittiham olunan 1988-ci il təvəllüdlü Anar, 1989-cu il təvəllüdlü Yavər və 1996-cı il təvəllüdlü Eşqinin cinayət işi üzrə məhkəmə p...