Sürət yarışı təşkil edib, "TikTok"da paylaşdılar - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
“TikTok” sosial şəbəkə hesabında yayılan videogörüntü əsasında Baş DYP İdarəsinin Yol-Patrul Xidməti Alayında aparılan araşdırmalarla Salyan rayon sakinləri Anar Hüseynovun “Hyudai” markalı, Surət Əliyevin isə “VAZ 2107” markalı avtomobillərlə sürət yarışı təşkil edərək avtoxuliqanlıq əməli törətmələri müəyyən olunub.
DİN-in Baş DYP İdarəsindən verilən xəbərə görə, digər hərəkət iştirakçıları üçün təhlükə yaratmaqla kobud qayda pozuntularına yol verən hər iki sürücü barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokollar tərtib edilərək baxılması üçün aidiyyatı məhkəməyə göndərilib.
Məhkəmənin qərarına əsasən hər iki şəxsin sürücülük hüququ məhdudlaşdırılmaqla - Anar Hüseynov 15, Surət Əliyev isə 20 gün müddətinə inzibati qaydada həbs edilib.
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...