Suraxanıda I Qarabağ müharibəsinin itkin şəhidi Mübariz Hüseynov dəfn olunub
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və 32 il sonra nəşinin qalıqları tapılan şəhid hərbi qulluqçu Mübariz Hüseynov dəfn olunub.
BAKU.WS report-a istinadən xəbər verir ki, vida mərasimindən sonra şəhidin nəşinin qalıqları Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.
*** 111:51
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən şəhid hərbi qulluqçu Mübariz Sabəddin oğlu Hüseynovla vida mərasimi keçirilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidin nəşinin qalıqları Bakı şəhəri Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn olunacaq.
Qeyd edək ki, Mübariz Hüseynov 1970-ci il mayın 30-da Ermənistanın Loru nahiyəsinin (Kalinino rayonu) Qızıl-Şəfəq kəndində anadan olub. O, 1993-cü il oktyabrın 23-də Cəbrayıl şəhəri istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü.
Qalereya
Oxşar xəbərlər
Keçmiş ədliyyə naziri vəfat edib
Keçmiş ədliyyə naziri Südabə Həsənova 79 yaşında vəfat edib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Südabə Həsənova 1947-ci ildə Naxçıvan Muxtar Respublikas...