Sumqayıtdan Bakıya gələn kursant itkin düşüb - FOTO

Sumqayıtdan Bakıya gələn kursant itkin düşüb - FOTO
Foto
Hadisə 458

Heydər Əliyev adına Hərbi Akademiyanın kursantı itkin düşüb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə kursantın qohumu Adil Babaşov məlumat verib.

A.Babaşov bildirib ki, oğlu 2000-ci il təvəllüdlü Hüseynli Vüsal Elşən oğlu fevralın 13-ü akademiyaya getmək üçün yaşadığı Sumqayıt şəhərindən Bakıya yola düşüb.

Bundan sonra ondan xəbər olmayıb. İlkin məlumata görə, Vüsal Hüseynli sonuncu dəfə 28 May metrostansiyasından çıxarkən görülüb.

Məsələ ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsinə məlumat verilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər