Sumqayıtda yolun çökməsi genişlənir: Obyektlər hər an uça bilər

Sumqayıtda yolun çökməsi genişlənir: Obyektlər hər an uça bilər
Video
Hadisə 36

Sumqayıtın Üzeyir Hacıbəyov küçəsində avtomobil yolunda çökmə baş verib.

BAKU.WS "Xəzər" TV-yə istinadən xəbər verir ki, yolun çökmüş hissəsi getdikcə genişlənərək yaşayış binasına doğru irəliləyir. Mövcud vəziyyət yaxınlıqdakı obyektlər üçün də təhlükə yaradır. Belə ki, onların hər an uçma ehtimalının olduğu bildirilir.

İlkin məlumata görə, yolun altından keçən iridiametrli kanalizasiya kollektorunun partlaması nəticəsində asfalt örtüyü çöküb. Çökmənin hər gün daha da genişləndiyi qeyd olunur.

Hadisə yerində təhlükəsizlik məqsədilə mühafizə tədbirləri görülsə də, problem hələlik aradan qaldırılmayıb.

Məsələ ilə bağlı Sumqayıt Sukanal İdarəsindən bildirilib ki, əraziyə baxış keçirilib və insanların təhlükəsizliyi nəzərə alınaraq ərazi tam mühafizəyə götürülüb.

Qeyd olunub ki, qəzanın aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görüləcək və problem qısa müddət ərzində həllini tapacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Dalaşanları ayırarkən öldürülən Azər vəkilin qardaşı imiş

Dalaşanları ayırarkən öldürülən Azər vəkilin qardaşı imiş

Xəbər verdiyimiz kimi, avqustun 6-na keçən gecə Gəncənin Poçt qəsəbəsində yerləşən restoranların birində baş verən kütləvi dava zamanı 1983-cü il təvəllüdlü Azə...

3 Hadisə 10:01 08 avqust 2026

Son xəbərlər