Sumqayıtda yanmış meyit aşkarlandı
Sumqayıt şəhərində ümumi sahəsi 200 m² (hər mərtəbəsi 100 m²) olan ikimərtəbəli evin ikinci mərtəbəsinin yanar konstruksiyaları və dam örtüyü 80 m² sahədə yanıb.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Oxşar xəbərlər
Beyləqanda ev yandı, yanğın yerində azyaşlının meyiti aşkarlanıb
Beyləqanda yanan evdə azyaşlının meyiti aşkarlanıb. BAKU.WS bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir. Rayonun Şəfəq qəsəbəsində ümumi sahəsi...