Sumqayıtda sexdə baş verən yanğın söndürülüb -FOTO/VİDEO - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 41-ci məhəllə, Çerkassi küçəsində yerləşən sexdə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub.
Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının şüşə istehsalı sexində baş verdiyi müəyyən olunub.
Yanğından mühafizə bölmələrinin operativ fəaliyyəti sayəsində yanğın genişlənməsinə imkan verilmədən söndürülüb.
Əlavə məlumat veriləcək.
***20:59
Sumqayıtda sexdə yanğın başlayıb.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.
Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Oxşar xəbərlər
Xızıda dağlıq-meşəlik ərazidə baş verən yanğın söndürüldü - YENİLƏNİB
Xızı rayonu, Yuxarı Əngilan kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə baş vermiş yanğın havanın küləkli olmasına və relyefin mürəkkəbliyinə baxmayaraq Fövqəladə...