Sumqayıtda satıcını bıçaqla hədələyib pulları aparan şəxs həbs edilib - YENİLƏNİB - ANBAAN VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıtda bıçaqlı şəxsin satıcını hədələyərək qarət etdiyi əks olunan video görüntü ilə bağlı Daxili İşlər Nazirliyindən açıqlama verilib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, hadisə bir müddət əvvəl olub:
“Həmin hadisəni törətməkdə təqsirli bilinən Sumqayıt şəhər sakini Eldar Axundov saxlanılıb. Barəsində Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib və istintaq təcridxanasına göndərilib. İstintaq hərəkətləri davam etdirilir”, - deyə qurum rəsmisi bildirib.
***11:25
Azərbaycanda köşk qarət olunub.
BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video yayılıb.
Videoda görünür ki, naməlum şəxs satıcını bıçaqla hədələyərək kassa aparatından pulları aparıb.
Hadisənin Sumqayıt şəhərində baş verdiyi bildirilib.
Oxşar xəbərlər
5 yaşlı uşağı həyətin ortasında zorladı, sonra... - Azərbaycanda BİABIRÇILIQ
Ağcabədi rayonunda azyaşlı qarşı təcavüz etməkdə təqsirli bilinən 1999-cu il təvəllüdlü Samir Məmmədovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şər...