Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib
Hadisə 169

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Quba yolunun 27-ci kilometrliyində qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Qurbanov Kamil Şakir oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobil hərəkətdə olarkən piyadanı vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər