Sumqayıtda partlayıcı maddələr aşkar edilib

06
okt
2025
10:10
Sumqayıt şəhəri, Qurd dərəsi bağları ərazisində 130 mm-lik artilleriya mərmisinə məxsus partlayıcı maddələr aşkarlanıb.
BAKU.WS xəbər verir ki, aşkar olunan materiallar arasında 3 ədəd "VM 45" və 38 ədəd "VM 30" markalı partlayıcı nümunələr qeydə alınıb.
Məlumat daxil olan kimi yerində təhlükəsizlik tədbirləri görülüb və tapılan partlayıcı maddələr aidiyyəti üzrə müvafiq xidmətlərə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
DSX-nin zabitinə hücum etməkdə təqsirləndirilən idmançılar azadlığa buraxılıb
Bakıda Dövlət Sərhəd Xidmətinin (DSX) mayoruna hücum etməkdə təqsirləndirilən idmançılar - Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədov həbsdən azad olunublar....
