Sumqayıtda olay - Narkotik çəkib məhkəməyə gəldi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıtda kişi narkotik qəbul etdikdən sonra məhkəməyə gəlib.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün baş verib. Sumqayıt Şəhər Məhkəmə Kompleksinə gələn şəxsin özündə olmadığını əks etdirən videogörüntülər yayılıb.
Məsələ ilə bağlı Sumqayıt Şəhər Məhkəmə Kompleksindən bildirilib ki, sözügedən görüntülərdəki şəxsin bu gün səhər saatlarında məhkəmə prosesi keçirilməli idi:
“Lakin vətəndaş məhkəmə prosesinə gecikib və iştirak etməyib. Daha sonra o, Sumqayıt Şəhər Məhkəmə Kompleksinə xoş olmayan vəziyyətdə gəlib. Şəxs narkotik maddə istifadəçisidir, Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə məhkəmə prosesi olmalıydı. İlkin ehtimallara görə, narkotik maddənin təsiri altında məhkəmə binasına daxil olub. Şəxslə bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib. Ərazi üzrə polis əməkdaşları vətəndaşı bölməyə aparıblar. Faktla bağlı müvafiq tədbirlər görüləcək”.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...