Sumqayıtda narkotik satışı ilə məşğul olan şəxs saxlanılıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, əməliyyat zamanı Sumqayıt şəhər sakini Məcid Şamilov tutularaq istintaqa təqdim edilib. Onun üzərində axtarış aparılan zaman əlindəki çantadan iki büküm ümumi çəkisi 1 kiloqramdan artıq olan narkotik vasitə heroin aşkar olunaraq götürülüb. Məcid Şamilov ifadəsində xarici ölkələrdən birində yaşayan və şəxsiyyəti istintaqla araşdırılan bir nəfərin sifarişi ilə narkotik vasitələrin satışını təşkil etdiyini bildirib. Məcid Şamilov narkotik vasitələri 12 min manata aldığını və heroinin pulunu isə onlayn yolla həmin şəxsə göndərdiyini qeyd edib.
Faktla bağlı Məcid Şamilov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.
Saxlanılan şəxsin cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
23 milyonluq heroin Azərbaycandan necə daşındı?
Son vaxtlar Azərbaycandan 3-cü ölkələrə aparılan narkotik maddələrin müəyyən olunaraq götürülməsi halları artıb. Bunu narkotik vasitələrin müəyyən olunması üçün...