Sumqayıtda iki maşın toqquşdu: Xəsarət alanlar var
Sumqayıtda avtomobillər toqquşub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Sahil küçəsində baş verib.
Şəhər sakini, 1992-ci il təvəllüdlü Nəriman Bəhruz oğlu Zeynalovun idarə etdiyi "Chevrolet" markalı avtomobil 1989-cu il təvəllüdlü Əskər Tahir oğlu Nəzərovun idarə etdiyi VAZ-2107 markalı avtomobillə toqquşub.
Qəza nəticəsində "Chevrolet"də olan sərnişinlər - 1968-ci il təvəllüdlü Kəmalə Vəliş qızı Zeynalova və 1977-ci il təvəllüdlü Günəş Tahir qızı Həşimova, eləcə də VAZ-2107-nin sürücüsü Əskər Nəzərov və sərnişini, 1990-cı il təvəllüdlü Könül Elxan Nəzərova qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda ağac avtomobilin üzərinə aşdı
Bakının Nərimanov rayonu ərazisində ağac maşının üzərinə aşıb. BAKU.WS-in məlumatına görə, bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Bildirilib ki, qurumuş...