Sumqayıtda iki azyaşlı uşağın oğurlanması faktı yalandır - DİN

Sumqayıt şəhərində iki azyaşlının oğurlanması ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.
Məlumata görə, hadisə Sumqayıtın 4-cü mikrorayonu ərazisində qeydə alınıb. Bildirilir ki, Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində tüfeyli geyimində olan şəxs və ya şəxslər iki qardaşı götürüb aparıblar.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, yayılan məlumatlar həqiqəti əksd etdirmir:
"Sumqayıt şəhərində belə bir hadisə olmayıb. Məlumat həqiqətə uyğun deyil, əsassızdır. idaillar yoxlanılıb təsdiqini tapmayıb".
Oxşar xəbərlər
Azərbaycanda azyaşlı qız zorlandı: DİN məsələni araşdırmır? - AÇIQLAMA
Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Bərdə şəhərində azyaşlı qızın zorlanması və işin polis əməkdaşları tərəfindən araşdırılmaması ilə bağlı yayılan...