Sumqayıtda iki avtobus toqquşub, 14 nəfər xəsarət alıb - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıtda iki marşrut avtobusu toqquşub.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, səhər saatlarında şəhərin Sülh prospektində 3 nömrəli xətt üzrə hərəkət edən 50 AE 771 dövlət nömrə nişanlı avtobus qarşıdan gedən 9 nömrəli xətt üzrə hərəkət edən 50 AE 731 dövlət nömrə nişanlı marşrut avtobusuna çırpılıb.
Sumqayıtda baş vermiş avtobus qəzasında 14 nəfər xəsarət alıb.
Xəsarət alanlar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər.
İlkin ehtimala görə, qəzaya yüksək sürət səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Bakıda iki avtobus toqquşdu - Xəsarət alanlar var - FOTO - YENİLƏNİB-2
Bu gün səhər saat 07:00 radələrində Qaradağ rayonunda yol nəqliyyat hadisəsi qeydə alınıb. Bu barədə Bakı Nəqliyyat Agentliyindən BAKU.WS-ə bildirilib.Verilən m...