Sumqayıtda “Göyərçin” parkında qanunsuz tikintinin qarşısı alındı - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıtda “Göyərçin” parkı ərazisində qanunsuz tikintinin qarşısı alınıb.
BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri Sumqayıt şəhərində yerləşən “Göyərçin” parkı ərazisində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edib.
Dövlət Agentliyi və Sumqayıt Şəhər İcra Hakimiyyətinin həyata keçirdiyi müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işinin qarşısı alınıb və tikilməkdə olan obyekt sökülüb.
Oxşar xəbərlər
Bakıda növbəti qanunsuz tikintilərin qarşısı alınıb - FOTO/VİDEO - YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən respublika ərazisində qanunsuz tiki...