Sumqayıtda dəhşət - Qadın yanaraq öldü
10
sen
2024
21:07
Sumqayıt şəhərində qadın yanaraq ölüb.
"Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin "Betonzavod" adlanan ərazisində baş verib.
Belə ki, şəhərin həmin hissəsində təqribən 300 kv.metrlik kolluq ərazi və ümumi sahəsi 20 kv.metr olan yardımçı tikili yanıb.
Nəticədə tikilinin içərisində 40-45 yaşlı qadın yanaraq ölüb. Sonradan araşdırmalar zamanı məlum olub ki, həyatını itirən qadın 1951-ci il təvəllüdlü Əmişova Lyubov Fyodorovnadır.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Naxçıvanda cəza çəkən iki Türkiyə vətəndaşı Əfv Sərəncamı ilə azadlığa buraxılıb
Prezident İlham Əliyevin sentyabrın 23-də imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncama uyğun olaraq Naxçıvan Muxtar Respublika...