Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Yusif Məmmədovla vida mərasimi keçirilib
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Yusif Mirzəli oğlu Məmmədovun meyitinin qalıqları Sumqayıt şəhərinə gətirilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, şəhidin nəşi Sumqayıtda ailəsinə təhvil verilib.
Şəhidlə vida mərasimi keçirilib.
Qeyd edək ki, Yusif Mirzəli oğlu Məmmədovla 1972-ci il iyunun 29-da Sumqayıtda anadan olub. O, 1994-cü il fevralın 2-də Kəlbəcər rayonunun Murovdağ istiqamətində itkin düşüb.
Y.Məmmədov Sumqayıt Şəhidlər xiyabanında dəfn olunacaq.
Qalereya
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...