Sumqayıtda bir nəfər dənizdə boğuldu

Sumqayıtda bir nəfər dənizdə boğuldu
Hadisə 180

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsi yaxınlığında, dənizdə (“Tağıyev” sularda xilasetmə məntəqəsindən təxminən dörd km aralı, nəzarətsiz ərazi) bir nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

FHN-dən BAKU.WS-ə verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər