Sumqayıtda bədbəxt hadisə - Yük maşını kişinin üstündən keçdi
31
iyl
2020
13:58
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıt şəhərinin "Sumqayıt stansiyası" qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Ölkə.Az" Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, hadisə iyulun 30-da qeydə alınıb.
Şəhər sakini M.Paşayev idarə etdiyi ZİL markalı yük avtomobilini arxaya verərkən Bakı şəhər sakini Ələddin Rüstəmovu vurub. Xəstəxanaya yerləşdirilən Ə.Rüstəmov orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
Hacıqabulda dəhşətli gecə: eyni gündə üç nəfər öldü
Hacıqabul rayonunda ölümlə nəticələnən ard-arda üç yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən BAKU.WS-ə verilən məlum...