Sumqayıtda bədbəxt hadisə: 36 yaşlı kişi dəm qazından boğularaq öldü
Sumqayıtda 36 yaşlı kişi dəm qazından boğularaq həyatını itirib.
Hadisə şəhərin Corat qəsəbəsi, Nəriman Nərimanov küçəsində yerləşən fərdi yaşayış evlərindən birində qeydə alınıb.
Belə ki, Əbülfəz Vahabovun cansız bədəni qonşuları tərəfindən aşkarlanıb.
Hadisənin təfərrüatı və Əbülfəz Vahabovun son saatları barədə mərhumun yaxın dostu bunları deyib:
"Saat onun yarısında qonşulardan onu görən olub. Hamamdan qaz sızıb. Günorta saat ikinin yarısında isə qonşular artıq görüblər ki, səs-soraq yoxdur. Evdə tək olub, işdən növbədən gəlibmiş. Duş qəbul edəndə, yəqin, fikir verməyib. Qonşular xəbər çıxmadığını və qapının bağlı olduğunu görüb, hasardan tullanaraq içəri giriblər. Yanına çatanda artıq dünyasını dəyişdiyini görüblər, bədəni buz kimi imiş".
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Bərdədə yol qəzasında yaralanan 10 nəfərdən 9-u evə buraxılıb
Bərdə rayonunda yol qəzası zamanı yaralanan 10 nəfərin son vəziyyəti açıqlanıb. "TƏBİB"dən BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, baş vermiş yol-nəqliyy...