Sumqayıtda avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Sumqayıtda avtomobilin vurduğu piyada xəstəxanada ölüb
Hadisə 88

Sumqayıtda yol qəzası baş verib.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, fevralın 3-də saat 19 radələrində Sumqayıt şəhərinin Ceyranbatan qəsəbəsi ərazisində H.Z.Tağıyev qəsəbə sakini X.Məhərrəmov idarə etdiyi “Niva” markalı avtomobillə yolu keçən qəsəbə sakini R.Quliyevi vurub. Xəsarət alan piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər