Sumqayıtda ağır qəza: Yanacaqdaşıyan maşın qatarla toqquşdu
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində yanacaqdaşıyan avtomobillə qatarın toqquşması barədə məlumat daxil olub.
BAKU.WS xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.
Baş vermiş qəza zamanı yanacaqdaşıyan avtomobildən ətrafa dağılan yanacaq təhlükəsizlik tədbirləri çərçivəsində yuyularaq mümkün yanğın təhlükəsi aradan qaldırılıb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var
Gəncədə motosiklet "BakuBus" sərnişin avtobusu ilə toqquşub. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə şəhərin Ozan küçəsində baş verib. Belə ki, 2004-c...