Sumqayıtda 29 yaşlı gənci bıçaqlayan axtarılır

Sumqayıtda 29 yaşlı gənci bıçaqlayan axtarılır
Hadisə 203

29 yaşlı İsmayılov Sənan Sahil oğlunu aralarında baş vermiş münaqişə zəminində naməlum şəxs bıçaqlayıb. Hadisə şəhərin Sahil küçəsində qeydə alınıb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, Təcili Tibbi Yardım Xəstəxanasına 29 yaşlı şəxs hospitalizasiya olunub.

Qarnın açıq yarası diaqnozu təyin edilən gənc Reanimasiya şöbəsinə yerləşdirilib. Müalicəsi davam etdirilən pasiyentin vəziyyəti orta ağır qiymətləndirilir.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov bildirib ki, Sumqayıt şəhəri, Sahil küçəsində 29 yaşlı şəhər sakinini naməlum şəxsin kəsici alətlə yaralaması barədə ərazi polis orqanına məlumat daxil olub. Şübhəli şəxsin kimliyi müəyyən edilib. Onun saxlanılması istiqamətində tədbirlər görülür.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Yanan maşını öz avtomobili ilə vurub çıxardı

Yanan maşını öz avtomobili ilə vurub çıxardı

Dünən Yevlax şəhəri ərazisində yerləşən yanacaqdoldurma məntəqələrindən birində baş verən yanğınla bağlı bəzi detallar məlum olub. Baku TV-nin məlumatına görə,...

60 Hadisə 23:48 26 avqust 2026

Son xəbərlər