Sumqayıtda 28 yaşlı qadını əri qətlə yetirib
Yeniliklərdən dərhal xəbərdar olun
Fevralın 19-u saat 19 radələrində Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində yerləşən evlərin birində 1995-ci il təvəllüdlü Samirə Məmmədzadənin ölməsinə dair məlumat daxil olub.
Sumqayıt şəhər prokurorluğundan verilən məlumata görə, ilkin araşdırma zamanı zərərçəkmişin əri 1982-ci il təvəllüdlü Taleh Əhmədov tərəfindən kəsici-deşici alətlə öldürülməsinə əsaslı şübhələr müəyyən edilib. Taleh Əhmədov könüllü olaraq istintaqa təslim olub.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İbtidai istintaq davam etdirilir.
Oxşar xəbərlər
Əri Rusiyada olan qadın tanış olduğu kişi ilə saunada görüşdü - Döyüldü və zorlandı
Bakıda 1989-cu il təvəllüdlü Aqşin Ağayev sosial şəbəkədə tanış olduğu qıza qarşı seksual xarakterli hərəkətlər edib. BAKU.WS “teleqraf.com”a istinadən xəbər ve...