Sumqayıtda 27 yaşlı gənc iş yerində həyatını itirdi
Sumqayıt şəhərində iş yerində bədbəxt hadisə qeydə alınıb. Hadisə şəhərin 4-cü mikrorayon ərazisində fəaliyyət göstərən karqo şirkətlərindən birində baş verib.
Məlumata görə, 1998-ci il təvəllüdlü Orxan Məmmədov iş başında olarkən qəfildən halı pisləşib. Ətrafdakıların müdaxiləsinə baxmayaraq, o, elə hadisə yerindəcə dünyasını dəyişib.
Hadisə yerində olan şahidlərdən biri vəziyyəti belə təsvir edib:
"Mən buradan keçəndə gördüm ki, bir nəfər dayanıb ağlayır. Dedilər ki, karqoda işləyən gənc oğlan rəhmətə gedib. Artıq təcili yardım və polis əməkdaşları hamısı ərazidə idi".
Daha ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Bakıda evli qadını şantaj edən şəxs HƏBS OLUNDU
Bakıda qadını intim görüntüləri ilə şantaj edən, eləcə də iki nəfərə qarşı dələduzluq əməli törətmiş şəxs cinayət məsuliyyətinə cəlb olunub. BAKU.WS "Qafqazinfo...