Sumqayıtda 16 yaşlı gənc bıçaqlandı, yaşıdı şübhəli bilinir
Sumqayıtda 16 yaşlı gənc bıçaqlanıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə 16-cı mikrorayon ərazisində qeydə alınıb.
Belə ki, Sumqayıt şəhər sakini, 2009-cu il təvəllüdlü Tunar Rəşad oğlu Şahmuradov münaqişə zəminində bıçaq xəsarətləri alıb.
Polis əməkdaşları tərəfindən zərərçəkənin qonşusu, 2009-cu il təvəllüdlü Nicat Teymur oğlu Adıgözəlli şübhəli şəxs qismində saxlanılıb.
Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, dekabrın 16-da, saat 17:30-da Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 2009-cu il təvəllüdlü şəxs (kişi) hospitalizasiya olunub. Yuxarı ətraf qurşağının açıq yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.
Oxşar xəbərlər
Abşeronda avtomobil siqnalına görə qonşuların mübahisəsi ölümlə nəticələnib
Abşeron rayonu ərazisində sentyabrın 26-da gecə saatlarında avtomobil siqnalına görə qonşular arasında mübahisə baş verib. BAKU.WS "Report"a istinadən xəbər ver...