Sumqayıt yolunda qəza - Ağır yaralı var - FOTO

20
okt
2019
21:17
Bakı-Sumqayıt yolunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.BAKU.WS “unikal.org”a istinadən xəbər verir ki, qəza Sumqayıt şəhərinin çıxışında "Azpetrol" yanacaqdoldurma məntəqəsinin qarşısında qeydə alınıb.Belə ki, avtomobil yolunu keçmək istəyən piyadanı "Hyunday" markalı" avtomobil vurub. Ağır bədən xəsarətləri alan piyadaya ətrafdakı insanlar kömək etməyə çalışıblar. Əraziyə təcili tibbi yardım avtomobili və yol polisi cəlb olunub.Xəsarət alan piyada xəstəxanaya aparılıb.Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Bakı-Sumqayıt yolunda minik avtomobili evakuatorla toqquşub - FOTO
Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.BAKU.WS APA-ya istinadla xəbıər verir ki, hadisə "Saray" postu yaxınlığında qeydə alınıb.Bakı istiqa...
