Sumqayıt və Salyanda ikimərtəbəli ev yanıb

Sumqayıt və Salyanda ikimərtəbəli ev yanıb
Hadisə 58

Sumqayıt şəhəri, Yeni yaşayış massivi ərazisində ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan ikimərtəbəli evin birinci mərtəbəsində mətbəxin yanar konstruksiyaları və ev əşyaları 30 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, yüksək temperaturdan ikinci mərtəbədə 1 otağın pəncərə çərçivəsi qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Həmçinin, Salyan rayonunun Gəncəli kəndində ümumi sahəsi 120 m² (hər mərtəbəsi 60 m²) olan taxta konstruksiyadan ibarət ikimərtəbəli ev və içərisindəki əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər

Bakıda ev, Şəmkirdə sex yanıb

Bakıda ev, Şəmkirdə sex yanıb

Nəsimi rayonunda bir-birinə bitişik tikilən birmərtəbəli evlərdən ümumi sahəsi 30 m² olan taxta konstruksiyalardan ibarət ev və içərisindəki əşyalar, ümumi sahə...

136 Hadisə 21:18 04 yanvar 2021

Son xəbərlər