Sumqayıt Şəhər İcra Hakimiyyətinin iki vəzifəli şəxsi işini itirdi
Sumqayıt Şəhər İcra Hakimiyyətinin (İH) iki əməkdaşı vəzifəsindən azad olunub.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, icra hakimiyyətində aparılan struktur dəyişikliyi nəticəsində İH-nin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi ləğv edilib, nəticədə qurumun baş məsləhətçisi Rəhimdil Əhmədov postunu itirib.
Həmçinin qurumda aparılan struktur və kadr islahatları nəticəsində Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifəsi də ixtisar olunub.
Həmin vəzifədə uzun müddət çalışan Sevindik Əzimov da işdən azad edilib.
Hər iki şəxsin yeni vəzifəyə təyin edilib-edilmədiyi məlum deyil.
Oxşar xəbərlər
Avtomobilə telefonla zərbə vuraraq pul tələb edirlər
Sosial şəbəkələrdə yeni dələduzluq üsulunu əks etdirən görüntülər yayılıb. BAKU.WS xəbər verir ki, kadrlarda bir şəxsin qəsdən əlindəki telefonu hərəkətdə olan...