Sumqayıt-Bakı qatarında gecikmə qeydə alınıb
13
dek
2023
09:22
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün saat 07:50-də Sumqayıtdan Bakıya hərəkət edən sürətli sərnişin qatarında bir neçə dəqiqə gecikmə qeydə alınıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Azəbaycan Dəmir Yolları" QSC-dən bildirilib.
Məlumata görə, buna səbəb Pirşağı dəmir yolu stansiyasının yaxınlığında işarə vermə və rabitə xidmətində nasazlıq yaranmasıdır. Nəticədə işıqforlar qırmızı yanıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.
Hazırda qatarların hərəkətində heç bir problem yoxdur, onlar qrafikə uyğun hərəkət edir.
Oxşar xəbərlər
Sumqayıt-Bakı qatarının reysə çıxmamasının səbəbi AÇIQLANDI - YENİLƏNİB
Bakıətrafı sürət qatarında gecikmənin səbəbi açıqlanıb. Bununla bağlı BAKU.WS-ə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib. Qeyd edilib ki, bu gün səhər...