Bakı-Pirşağı-Sumqayıt qatarında nə üçün gecikmə olub? - RƏSMİ AÇIQLAMA
10
avq
2021
12:07
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Bu gün saat 08:10-dan 08:35-ə qədər Sumqayıt-Pirşağı-Bakı istiqamətində hərəkət edən 4 elektrik qatarının hərəkətində 15 dəqiqə ləngimə qeydə alınıb".
Bunu BAKU.WS-ə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Natavan Bayramova deyib.
Onun sözlərinə görə, ləngimələr Zabrat stansiyasında dəmir yoluna elektrik enerjisinin verilməsində yaranan fasilələrlə əlaqədardır: "Məsələnin aradan qaldırılması üçün tədbirlər görülüb. Hazırda çətinlik aradan qaldırılıb, qatarların qrafikə uyğun hərəkəti təmin olunub".
Oxşar xəbərlər
Pirşağıda ağır qəza - Elektrik qatarı kranla toqquşdu - VİDEO
Noyabrın 30-da dəmiryol stansiyasında elektrik qatarı ilə kran toqquşub. Baş verən qəzanın görüntülərini BAKU.WS-in “qaynar xətti”nə göndəriblər. Bildirilir ki...