Sükan arxasında öldü - FOTO
19
mar
2025
14:28
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı-Astara magistral yolunda hərəkətdə olan iritonnajlı yük avtomobilinin sürücüsü ölüb.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, Türkiyə vətəndaşı Namık Mehder idarə etdiyi TIR-la hərəkətdə olarkən halı pisləşib.
O, Salyan xəstəxanasına müraciət edib. Həkimlər onun səhhətində yaranan problemin ciddi olduğunu bildirib. N. Mehder isə həkimlərin göstərişinə əməl etməyərək maşınını saxladığı əraziyə qayıdıb.
O, sükan arxasına əyləşib yola davam etmək istəyərkən vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...