Süd məhsulları şirkətinin sahibi barəsində cinayət işi başlanıb

Süd məhsulları şirkətinin sahibi barəsində cinayət işi başlanıb
Hadisə 3812
Azərbaycanda məşhur iş adamı yarım milyon dollarlıq dələduzluqda ittiham edilir.BAKU.WS-in “Report”a istinadla məlumatına görə, Bakı şəhər sakini 1965-ci il təvəllüdlü Nəsimi Dadaşov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2015-ci ildə Ağcəbədi rayon sakini Mülhazil Balakişiyev onun etimadından istifadə edərək 500 min ABŞ dolları pulunu alıb.Faktla bağlı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.Qeyd edək ki, M.Balakişiyev iş adamıdır. O, “Atena” süd məhsulları kombinatının təsisçisi və “Fərhad-91” yun emalı müəssisəsinin sahibidir.“Atena” MMC-dən “Report”a bildirilib ki, Mülhazil Balakişiyevin bu şirkətlə əlaqəsi yoxdur: “O, “Ketchi” süd məhsulları şirkətinin sahibidir”.BAKU.WS

Oxşar xəbərlər

Bakıda ANS-in keçmiş əməkdaşı həbs edildi

Bakıda ANS-in keçmiş əməkdaşı həbs edildi

Bakıda axtarışda olan şəxs tutulub. BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (dələduzluq, külli miqdarda zi...

4664 Hadisə 20:04 13 dekabr 2017

Son xəbərlər